• Mağazada Baku Electronics-in standartlarının, biznes proseslərinin və daxili qaydaların icrasını təmin etmək
• Mağazanın gündəlik fəaliyyətini təşkil etmək: açılış/bağlanış, səliqə-sabitlik, vitrin və iş yerlərinin hazır vəziyyətdə olmasına nəzarət
• Komandanın idarə olunması: heyətin motivasiyası, istiqamətləndirilməsi, gündəlik brifinqlərin keçirilməsi, hədəflərin bölüşdürülməsi
• Satış planlarının və kampaniyaların icrasını təmin etmək, nəticələri analiz etmək
• Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına nəzarət etmək
• Əməliyyat, kassa, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işini təmin etmək və yaranan problemlərin əlaqədar şöbələrlə operativ həllini təşkil etmək
• Satış performansını, müştəri axını və digər əsas göstəriciləri təhlil etmək, gündəlik/ həftəlik/ aylıq hesabatlar hazırlamaq
• Zədəli və servisə göndərilən malların aktlaşdırılması və vaxtında göndərilməsinə nəzarət etmək
• Heyətin təlim ehtiyaclarını müəyyən etmək, təlim sifarişləri vermək, yeni işçilərin adaptasiya prosesini izləmək
• Sayım proseslərini təşkil etmək və maddi məsuliyyət çərçivəsində stok dövriyyəsinə nəzarət etmək
• Bölgə müdirinə mağazanın fəaliyyəti ilə bağlı gündəlik və periodik hesabatlar təqdim etmək
• Ali təhsil (biznes, idarəetmə və ya əlaqəli sahə üstünlükdür)
• Mağaza idarəçiliyi, satış və ya pərakəndə sektorunda minimum 3 il iş təcrübəsi
• Liderlik və komanda idarəçiliyi bacarıqları
• Satış prosesləri, merçendayzinq və kassa-anbar əməliyyatları barədə biliklər
• Şikayət və problem həll etmə bacarıqları
• Rəqəmlərlə işləmək, satış göstəricilərini analiz etmək bacarığı
• Güclü kommunikasiya bacarıqları, müştəriyönümlü yanaşma
• Yüksək məsuliyyət, operativlik və təşkilatçılıq qabiliyyəti
• MS Office proqramlarında sərbəst istifadə bacarığı
• Stressə davamlılıq və dinamik mühitdə işləmək bacarığı